Gümrüdə Rusiya hərbçisi öldü

Ermənistan Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının 23 yaşlı hərbi qulluqçusu ölü tapılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Naira Artünyan bildirib.

Onun sözlərinə görə, cəsəd Gümrüdə mənzillərdən birində aşkarlanıb. Cəsədin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

“Ölüm səbəbləri müəyyən edilir”, - xəbərdə qeyd edilir.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

CEPEJ-in prezidenti: Azərbaycanın nailiyyətləri Avropa Şurasının digər üzv dövlətləri üçün nümunə kimi göstərilir

SONRAKI XƏBƏR

Yazıçılar Birliyində vəziyyətlə bağlı daha bir müzakirə... - Dəyanət Osmanlı - MÜSAHİBƏ