Tayvanda 5 min ördək məhv edildi - "Quş qripi"nə görə

Bakı. Trend:

Tayvanın cənubunda fermaların birində "quş qripi" ilə əlaqədar 5 min ördək məhv edilib.

Trend-in məlumatına görə, Vandan şəhəri yaxınlığındakı fermaların birində H5N2 quş qripi virusu ştammı aşkar edilib.

Qeyd olunur ki, fermada ümumilikdə 5 119 ördək məhv edilib.

Həmin fermada, eləcə də qonşu fermalarda sterilizə əməliyyatları keçirilib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Tehran Boltonun istefasından məmnundur: "2-3 təlaş yaradan qrup istisna olmaqla..."

SONRAKI XƏBƏR

Əl-Qaidə liderindən çağırış: Bu ölkələrə hücum edin!