Xaçmazda fərdi yaşayış evi yanır

Xaçmazda fərdi yaşayış evində yanğın başlayıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Hacıəlibəy kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün Xaçmaz Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. Yanğının elektrik enerjisinin qəflətən azalıb çoxalması səbəbindən baş verdiyi bildirilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Futzal üzrə Azərbaycan millisi Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq

SONRAKI XƏBƏR

Yəhudi kişi(!) arvadının məşuqundan susması əvəzində rüşvət tələb etdi və...- RƏZALƏT!..