Bakıda polis əməkdaşını bıçaqladılar

Bakının Nərimanov rayonunda polis əməkdaşına hücum olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

İnsident oktyabrın 9-dan 10-a keçən gecə Təbriz küçəsində, 54 nömrəli evin qarşısında baş verib.

1972-ci il təvəllüdlü Rövşən İsrafil oğlu Hüseynov sahə müvəkkili, polis kapitanı, 1982-ci il təvəllüdlü polis kapitanı Babək Məhəmmədəli oğlu Abbasova bıçaqla hücum edib. Nəticədə asayiş keşikçisi qolundan üç bıçaq yarası alıb.

Rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət) üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.

Ramella İbrahimxəlilova

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Çiçarito "Qarabağ"la oyunda debüt edə bilər

SONRAKI XƏBƏR

Mahirin anası: Evdən bir neçə saatlıq çıxmışdım, mühafizə siqnalını qoşmadım