Ermənistanda Rusiya hərbçisinin meyiti tapıldı

Ermənistanda Rusiya hərbçisinin meyiti tapıldı

Ermənistanda Rusiya hərbçisi, müqavilə əsasında xidmət edən Aleksandr Babuşkinin meyiti tapılıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən bildirir ki, Ermənistanın Gümrü şəhərində yerləşən 102 nömrəli hərbi bazanın 23 yaşlı hərbçisinin meyiti Muş məhəlləsində, 32 saylı mənzildə tapılıb. Hərbçinin bədənində kəsiklər aşkar edilib. Onun qətlə yetirildiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: virtualaz.org