Bərdədə 81 yaşlı qadın əməliyyat zamanı ölüb

Bərdə rayonunda 81 yaşlı qadın əməliyyat zamanı ölüb.

REAL-ın "Report"a istinadən məlumatına görə, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1938-ci il təvəllüdlü Şəkər Müseyib qızı Bayramova yıxılaraq boyun nahiyəsindən ağır xəsarət alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər yaşlı qadını əməliyyat etsələr də, ancaq həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

SANKT-PETERBURQDA SEÇKİLƏR SİYASİ QÜVVƏLƏR BALANSINI DƏYİŞİB

SONRAKI XƏBƏR

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək III avrokubok turnirinin adı müəyyənləşib