Birlikdə yaşadığı qadını süpürgə ilə döyüb öldürdü

Rusiyanın Sverdlovsk vilayətində kişi birlikdə yaşadığı qadını qazın üstündə yağı unutduğuna görə qətlə yetirib. O, silah kimi evdəki süpürgədən istifadə edib.

Bizimyol.info xəbər verir ki, 50 yaşlı urallı istintaqa ifadəsində qadının yağı tavaya atandan sonra yuxuya getdiyini bildirib. Ətrafı tüstü bürüyüb. Bu da kişini özündən çıxarıb. Süpürgə ilə qadının başına kəllə-beyin travması alacaq qədər zərbə endirib.

İttihamda Alapayevsk şəhər sakininin qətl törədən zaman möhkəm sərxoş olduğu yazılıb. Kişi əvvəlcə yumruqlarını işə salıb. Yorulandan sonra süpürgəyə əl atıb.

Kişinin dediyinə görə, qadının öləcəyini anlayanda onu həyatda saxlamağa çalışıb. Su verib, təcili tibbi yardım çağırıb. Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı Rusiyada təhsil sahəsində göstərdiyi xidmətə görə medalla təltif edilib

SONRAKI XƏBƏR

Baham adalarında "Dorian" qasırğasından sonra 2500 nəfər itkin düşüb