Şirkəti ezamiyyətdə sekslə məşğul olarkən ölmüş əməkdaşının ailəsinə kompensasiya ödəyəcək

Şirkəti ezamiyyətdə sekslə məşğul olarkən ölmüş əməkdaşının ailəsinə kompensasiya ödəyəcək

Fransa şirkəti ezamiyyətdə və tanımadığı bir qadınla seks zamanı ürəyi dayanmış əməkdaşının ailəsinə ödəniş etməli olacaq.

Paris məhkəməsi olayı istehsal zamanı baş vermiş bədbəxt hadisə olaraq tanıyıb, bu isə o deməkdir ki, işverən mərhumun ailəsinə kompensasiya ödməlidir.

Şirkət sübut etməyə çalışıb ki, həmin əməkdaş ilk dəfə gördüyü qadınla vaxt keçirmək qərarına gələndə iş başında olmayıb.

Amma hakim Fransa qanunlarına görə ezamiyyət zamanı baş verən bütün bədbəxt hadisələrin məsuliyyətinin işverənin üzərinə düşdüyünü bildirib.

Seks asılılığı bir xəstəlikdir?Rusiyada seks işçiləri necə yaşayır və onlara kim köməklik edir?Qitədən qitəyə seks barədə faktlar"Duş almaq və ya şam etmək kimi"

Tarixçənin başlanğıcı 2013-cü ilə gedib çıxır. Ksavye X. adlı şəxs dəmir yollarına xidmət göstərən, Paris yaxınlığında ofisi olan TSO şirkətində mühəndis işləyib.

2013-cü ildə Ksavye ezamiyyət zamanı və TSO-nun açıqlamasında deyildiyi ki, "tanımadığı şəxslə nikahdan kənar seks" nəticəsində ölüb.

Dövlət sığorta şirkəti Ksavye X.-nin vəfatını iş yerində ölüm kimi qiymətləndirib. Bu, kompensasiya ödənişinin işverənin üzərinə qoyulması demək idi.

Sığorta işçiləri bildirirdilər ki, hər hansı şəxs ezamiyyət zamanı adi məişət işləriylə məşğul olan zaman da şirkət öz əməkdaşı üçün məsuliyyət daşıyır.

Sığorta şirkəti bəyan edib ki, ezamiyyətdə seks duş almaq və ya şam etmək kimi adi məişət məşğuliyyətidir. Bu qərardan narazı qalan TSO şirkəti məhkəməyə müraciət edib.

Parisin Apelyasiya Məhkəməsi sığortaçıları haqlı sayıb.

"Ezamiyyətdə olan əməkdaşın sosial müdafiəsi şəraitdən asılı olmayaraq bütün ezamiyyət müddətinə aiddir" - məhkəmənin yekun qərarı belə olub.

Mənbə: www.bbc.com