Qala qəsəbəsində yolu keçən piyadanı maşın vurub öldürdü

Bakı. Trend:

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə. sentyabrın 11-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini A.İsmayılov idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

SONRAKI XƏBƏR

Kataloniya-Dağlıq Qarabağ: Tam fərqli separatçılıq hərəkatları - TƏHLİL