Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb

Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb

Sumqayıtda ölüm hadisəsi baş verib

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin BTZ bağları ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Babayev Mirayaz Məhərrəm oğlu həyət evində iş görərkən daş hasar onun üzərinə aşıb. O, aldığı ağır bədən xəsarətlərindən ölüb.

Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az