Almaniyada sumqayıtlı mühacir özünü yandırdı: yaxınları axtarılır

"Almaniyanın Hermefkeil şəhərində 34 yaşlı bir həmvətənimiz özünə qəsd edib. O, 2017-ci ilin yanvar ayında Almaniyaya gəlib və sığınacaq üçün müraciət edib. 11 sentyabr 2019-cu ildə sast 17 radilərində vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosialın binasına girib, mübahisədən sonra isə üzərinə benzin tökməklə özünü yandırıb".

Xeberle.com xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev yayıb.

Ə.Əliyev qeyd edir ki, həmin şəxs ağır yanğından koma vəziyyətinə düşüb: " Soydaşımız hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparılıb. Özünü yandıran Emin Bağırov adlı şəxs Sumqayıtda anadan olub. İlkin məlumata görə, evli olan həmin şəxsin 2 uşağı var. Uşaqları Sumqayıtda yaşayır. Bu gün dəyərli soydaşlarımızdan iki nəfər ona baş çəkib. İcazəsiz olsa da, yanına daxil olub onunla görüşüb və qısa çəkiliş aparıblar. O, hələ komadan ayilmayib, vəziyyəti ağır olaraq qalır. Sabah onu əməliyyat edəcəklər. Birinci əməliyyat uğurlu alinarsa, daha sonra ikinci dəfə ənəliyyat olunacaq. Hadsə haqqında onun yaxınları məlumatlandırılmalıdır. Odur ki, onu tanıyanlar varsa, yaxınları və qohumları haqqında bizə məlumat gondərmələrini xahiş edirik.

Onu da bildirək ki, faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır".

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

“Mercedes” Esteban Okonu bolidlə bağlı işlərdən uzaqlaşdırmağı planlaşdırır

SONRAKI XƏBƏR

İllik maaşı 12 milyon avro olacaq