Gürcüstanda soydaşımızın evi qarət olundu - Evdən pul və qızıl-zinət əşyaları götürülüb

Gürcüstanda soydaşımızın evi qarət olundu - Evdən pul və qızıl-zinət əşyaları götürülüb

Gürcüstanın Marneuli rayonunda soydaşımızın evi qarət olunub. Hadisə baş verən zaman evdə heç kim olmayıb.

ATV.az xəbər verir ki, ev sahibi Qətibə Məmmədova məsciddə olduğunu, evə qayıdan zaman pəncərənin sındığını görüb. O, evdə əşyaların dağıdıldığını və evdə olan pul eləcə də qızıl-zinət əşyalarının yerində olmadığını görən kimi dərhal rayon polis idarəsinə məlumat verib. Qətibə Məmmədova evdən 1000 lari pul və təxminən 5 min ABŞ dolları dəyərində qızıl zinət əşyasının oğurlandığını deyir. Polis idarəsinin əməkdaşları hadisə yerinə baş çəkiblər. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən faktla bağlı cinayət məcəlləsinin 177-ci maddəsi ilə istintaq başlayıb.

ATV.az

Mənbə: www.atv.az