Yevlaxda ahıl kişi maşınla yeniyetməni vurub

Yevlaxda 81 yaşlı sürücü idarə etdiyi maşınla yeniyetmə piyadanı vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərinin mərkəzində - Səməd Vurğun küçəsində baş verib.

Belə ki, 1938-ci il təvəllüdlü rayon sakini Ağalarov Yaqub Dadaş oğlu idarə etdiyi minik avtomobili ilə yolu keçmək istəyən 10-11 yaşlı oğlan uşağını vurub.
Yaralı uşaq xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımdan sonra yaralanın durumunun stabilləşdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyaya qarşı sanksiyalar 6 ay uzadıldı

SONRAKI XƏBƏR

Meybl yeni albomunu təqdim etdi - FOTO