Goranboyda telefon və internetin verilməsində problem yaranıb

Goranboyda telefon və internetin verilməsində problem yaranıb

Fibroptik kabeldə baş verən qəza nəticəsində Goranboyun bəzi yaşayış məntəqələrində telefon rabitəsi və internet şəbəkəsi kəsilib.

Günorta saatlarından etibarən Goranboyda fibroptik kabeldə qəza baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, nəticədə rayonun Goran qəsəbəsi,
Qızılhacılı, Məşədiqaralar, Boluslu və Eyvazlı kəndlərində telefon rabitəsi və internet xidməti qismən və bəzi hissələrdə isə tamamən kəsilib.

Əraziyə xidmət göstərən ATS-dən APA-ya verilən məlumata görə, qeyd olunan ərazidə fibroptik kabel qırılıb. Hazırda qəza yeri müəyyənləşdirilir.

Mənbə: apa.az