Qazaxıstanda qatar avtobusa çırpılıb, ölən və xəsarət alanlar var

Qazaxıstanda qatar avtobusa çırpılıb, ölən və xəsarət alanlar var

Qazaxıstanın Almatı vilayətində qatarın avtobusla toqquşması nəticəsində bir nəfər ölüb, xəsarət alanlar da var.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev şəxsi “Twitter” səhifəsində yazıb.

Bundan əvvəl Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib ki, bazar günü saat 19:20 radələrində qatar qaydaları pozaraq yola çıxan avtobusa çırpılıb.

“Almatı vilayətindəki Aksengir – Şamalqan dəmir yolu keçidində qatar 67 nəfərin olduğu avtobusa çırpılıb. Bir nəfər ölüb, yaralılar var. Başsağlığı verirəm. İstintaq başladılıb”, - deyə Tokayev öz “Twitter” səhifəsində yazıb.

Mənbə: apa.az