Bərdədə baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb

Bərdədə baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb

Bərdə rayonu ərazisində yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Yevlax-Bərdə avtomobil yolunda qeydə alınmış hadisə zamanı yük daşıyan "Ford" markalı mikroavtobus arxadan "Hyundai" markalı minik maşınına çırpılıb. Nəticədə minik maşınında olan bir qadın sərnişin yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.

Mənbə: apa.az