Salyanda 3 yaşlı uşağı avtomobil vurub

Salyanda 3 yaşlı uşağı avtomobil vurub

Salyanda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun Noxudlu kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Arbatan kənd sakini, 2016-cı il təvəllüdlü Hüseynova Leyla İsrafil qızı xalasının nəzarətindən çıxaraq küçəyə qaçıb. Elə bu zaman hərəkətdə olan “QAZ-31” markalı avtomobil azyaşlını vurub. L.Hüseynova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az