Ağcabədidə yol qəzası, sürücü öldü

Ağcabədidə yol qəzası, sürücü öldü

Ağcabədi rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb. Minik avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

Mənbə: qafqazinfo.az