Paytaxtda DƏHŞƏTLİ QƏZA: polisdən qaçarkən... - 2 ölü, bir yaralı

Paytaxtda DƏHŞƏTLİ QƏZA: polisdən qaçarkən... - 2 ölü, bir yaralı

Türkiyənin paytaxtı Ankara şəhərində “avtoşluq” edən avtomobil sürücüsü dəhşətli qəza törədib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, polisin “dayan!” xəbərdarlığına əhəmiyyət verməyərək qaçmağa çalışan avtomobil yolun kənarındakı yük maşınına çırpılıb.

Qəza nəticəsində avtomobildə olan iki uşaq ölüb, sürücü ağır yaralanıb.

Mənbə: publika.az