Abşeronda 36 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Abşeronda 36 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xirdalan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Hüseynov Seymur Elbrus oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yarali təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib.

Fakla bağli Abşeron polisi tərəfindən araşdırma aparılır.

Ramin Şahbazov

Mənbə: report.az