Rusiyada avtobus qəzaya uğrayıb, yaralananlar var

Rusiyada avtobus qəzaya uğrayıb, yaralananlar var

Bakı. Trend:

Rusiyanın Suxobuzimsk rayonunda (Kresnoyars diyarı) sərnişin avtobusu dərəyə aşıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, qəza zamanı avtobusda 23 nəfər olub. Qəzanın səbəbi barədə məlumat verilmir.

Qeyd edilir ki, qəza ilə bağlı araşdırma aparırlar.

Mənbə: az.trend.az