Ağcabədidə yol qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum olub

Ağcabədidə yol qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum olub

Ağcabədi rayonunda baş verən yol qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum olub.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, qəza zamanı ölən şəxs motosikletin sürücüsü, 1982-ci il təvəllüdlü Allahverdiyev Mübariz Bəhruz oğludur.

Qəza zamanı həmçinin Agcabədi rayon sakinləri - 1965-ci il təvəllüdlü Ədalət Əliyev və 1975-ci il təvəllüdlü Polad İsmayılov xəsarət alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər hər iki yaralının vəziyyətinin ağır olduğunu bildirib.

Mənbə: teref.az