Qubada ağır qəza: BMW-nin təkərləri yerindən çıxdı

Qubada ağır qəza: BMW-nin təkərləri yerindən çıxdı

Qubada yol nəqliyyat hadisəsi baş verib.

7News.Az xəbər verir ki, yüksək sürətlə hərəkət edən 10 PB 440 dövlət nömrə nişanlı BMW markalı avtomobil yol kənarındakı döngəyə dəyərək istiqamətini dəyişib. Nəticədə yol kənarındakı hasarla toqquşub.

Sürücü Bayramov Emin Bayram oğlu yaralanıb. Zərbənin təsirindən qəza törədən avtomobilin təkərləri yerindən qoparaq ətrafa səpələnib.

Mənbə: www.7news.az