Bakı. Trend:
Ukraynada kütləvi zəhərlənmə olub. Trend-in məlumatına görə, hadisə Vinits vilayətində baş verib. Belə ki, vilayət məktəblərinin birinin yeməkxanasında 20-dən çox şagird nahardan sonra xəstəxanaya müraciət edi.
Hazırda 16-si uşaq olmaqla 21 nəfərin xəstəxanada müalicəsi davam edir. Xəstəxanay müraciət edənlərə qastroenterokolit diaqnozu qoyulub.
Məktəb yeməkxanasında zəhərlənmə faktından sonra yoxlamalar başlayıb, təhlillər aparılır.
Mənbə: az.trend.az