Ağdaşda maşın kanala aşdı - İki ölü, iki yaralı+Yenilənib

Ağdaşda minik avtomobili aşıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə bu saatlarda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşdan keçən hissəsində baş verib. İlkin məlumatlara görə minik avtomobili hərəkət zamanı yoldan çıxaraq kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfər ağır xəsarət alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Rəşad Türkoğlu

***

Ağdaşda baş verən yol qəzasında iki nəfər ölüb, iki nəfər ağır yaralanıb.

"Qafqazinfo"nun məlumatına görə, qəza nəticəsində Ağdaş rayon sakinləri, 1962-ci il təvəllüdlü Məmmədov Şahlar Ağasəf oğlu və 1967-ci il təvəllüdlü Məhiyəddinov Elburus Qiyas oğlu ölüb. Digər iki nəfər rayon sakinləri, 1978-ci il təvəllüdlü Həmidov Tehran Sahib oğlu və 1964-cu il təvəllüdlü Cəlil Əhmədoğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Zaqatalanın dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir

SONRAKI XƏBƏR

"Neftçi" üzərində qələbənin mükafatı - 60 min manat