Türkiyədə Adnan Oktar təşkilatının üzvləri ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Türkiyədə Adnan Oktar təşkilatının üzvləri ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb

İstanbul, 17 sentyabr, AZƏRTAC

Türkiyədə Adnan Oktar və onun rəhbəri olduğu təşkilatın üzvləri ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AZƏRTAC xəbər verir ki, İstanbul 30-cu Ağır cəza məhkəməsində başlayan prosesdə Adnan Oktar da daxil olmaqla ümumilikdə 162 nəfər mühakimə edilir.

Məhkəməyə İstanbul Prokurorluğu tərəfindən hazırlanan 3908 səhifəlik ittiham aktı təqdim edilib. İttiham aktına əsasən təşkilatın lideri 24 cinayətdə şübhəli bilinir. Onun 420 ildən 871 ilədək azadlıqdan məhrum edilməsi tələb olunur.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: azertag.az