Bakıda daha bir kişi itkin düşdü

Bakıda daha bir kişi itkin düşdü

Bakıda 40 yaşlı kişi itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

1979-cu il təvəllüdlü Kononov Mixayıl Mixayloviç səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Nuraliyeva Dinara Alikovna ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Mənbə: www.oxu.az