Dələduzluq edən qadın saxlanıldı - O evlərdən oğurluq da edirmiş

Dələduzluq edən qadın saxlanıldı - O evlərdən oğurluq da edirmiş

Masallı polisi rayon ərazisində dələduzluq və oğurluq edən qadını saxlayıb.

ATV.az xəbər verir ki, Masallı rayonu Samidxan kand sakini Kəklik Məmmədova Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, tanımadığı bir qadının onun yaşadığı evə gələrək onu aldatmaqla 1000 manat dəyərində olan qızıl-zinət əşyalarını va 50 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Masallı polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, hadisəni Yevlax şəhar sakini, Fatma Abdullazadə törədib.

Faktla bağlı istintaq davam etdirilir.

ATV.az

Mənbə: www.atv.az