“Lotu Quli” Qurana and içdi – Gürcü “qanuni oğru” ilə konflikt dərinləşir

“Lotu Quli” Qurana and içdi – Gürcü “qanuni oğru” ilə konflikt dərinləşir

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (“Quli”) gürcü əsilli kriminal avtoritet Badri Koquaşvilini (“Badri Kutaisi”) cəzalandırmağı planlaşdırır...

Yenisabah.az Rusiya KİV-nə istinadən məlumat verir ki, Nadir Səlifovun Badri Koquaşviliyə qəzəbinin səbəbi ikincinin onu “qanuni oğru” statusundan məhrum etmək üçün “sxodka” təşkil etməyə səy göstərməsidir.

Badri Koquaşvilinin Nadir Səlifova “qanuni oğru” titulundan məhrum etmək cəhdi gürcü əsilli Quram Çixladzenin (“Kvejeoeviç”) vurulması ilə bağlıdır. Quram Çixladze Türkiyədə “Quli” ilə görüşdə vurulub. Ona əl qaldıran isə Nadir Səlifovun yaxın adamı, qazax əsilli Arman Cumagəldiyev (“Dikiy Arman”) olub. Lakin o sonradan Quram Çixladzenin “qanuni oğru” statusu daşımasından xəbərsiz olduğunu bildirib. Nadir Səlifov da silahdaşını müdafiəsiz qoymayıb.

Bu hadisədən sonra Badri Koquaşvili Nadir Səlifovun qanuni oğru titulundan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib. Lakin “Quli” və onu dəstəkləyən digər “qanuni oğru” Badri Koquaşvilinin özünü tituldan məhrum ediblər. Səbəb kimi isə onun başqa “qanuni oğrularla” konfliktdə olduğu göstərilib.

Lakin Badri Koquaşvili və əslində bütün bunların araxasında dayandığı iddia edilən Zaxari Kalaşov (“Şakro Molodoy”) Nadir Səlifova qarşı hücumlarını davam etdirib. Nadir Səlifovun Qazaxstan xüsusi xidmət orqanlarının agenti olması barədə mediada tirajlanan məlumatdan sonra yenidən “sxodka” çağırmağa cəhd göstəriblər. Hələ ki, buna nail ola bilməyiblər. Əksinə, Zaxari Kalaşovun özü Merab Suxumskinin ittihamları ilə üz-üzə qalıb.



Bildirilir ki, Nadir Səlifov hazırda Badri Koquaşvilini axtarır. Onun hətta gürcü “qanuni oğru”nu istənilən vasitə ilə, harda olsa tapacağına dair “Quran”a and içdiyi bildirilir.

pia.az

Mənbə: pia.az