Ana azyaşlı qızını maşında qoyub, striptiz kluba getdi

Ana azyaşlı qızını maşında qoyub, striptiz kluba getdi

Azyaşlı qızını avtomobildə qoyaraq işə gedən qadın saxlanılıb.

Milli.Az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatında yaşayan 23 yaşlı Manouchika Daniels adlı qadın 3 yaşlı qızına qarşı laqeydlik göstərdiyinə görə polis tərəfindən saxlanılıb.

Polislərin verdiyi məlumatda bildirilir ki, kimsə 911-ə zəng edərək azyaşlı qızın avtomobildə köməksiz vəziyyətdə qaldığını söyləyib. Qız polislərin köməkliyi ilə avtomobildən çıxarılıb və polis idarəsinə aparılıb.

Təxminən 30 dəqiqə sonra Manouchika Daniels polis idarəsinə yaxınlaşaraq özünü uşağın valideyni kimi təqdim edib və onu evə aparmaq istədiyini söyləyib. Lakin qadın uşağa qarşı laqeyd münasibətinə görə polis tərəfindən saxlanılıb.

O, ifadəsində bildirib ki, qızını avtomobildə qoyaraq striptiz klubdakı işinə gedib. Manouchika Daniels yüksək məbləğdə pul ödəmək şərtiylə azadlığa buraxılıb.

İsmayıl
Milli.Az

Mənbə: news.milli.az