İlanla şou göstərən oğlanı ilan sancdı - VİDEO

İlanla şou göstərən oğlanı ilan sancdı - VİDEO

Sosial şəbəkədə populyarlaşmaq istəyən oğlanı ilan sancıb.

“Sozcu” xəbər verir ki, adı məlum olmayan bir oğlan böyük bir ilanla maraqlı videoçarx hazırlamaq istəyib.

Bunun üçün oğlan ilanı üzünə yaxınlaşdırır, daha sonra onu ağzı ilə üfürür. O, bu oyunu dəfələrlə təkrarlayır.

Əsəbiləşən ilan sonda oğlanı başından sancır. İlanın ağzından xilas olmaq istəyən oğlanın aqibəti məlum deyil.

Dursun Tağıyeva

Mənbə: www.oxu.az