Bu avtomobildən görün nə çıxdı - Fotolar

Bu avtomobildən görün nə çıxdı - Fotolar

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz MI 320" markalı avtomobilə gömrük baxışı keçirilib.

Gömrük Komitəsindən "Yeni Sabah"a daxil olan məlumata görə, bu zaman nəqliyyat vasitəsinin arxa sağ qanadının altında 2025 ədəd "Belomorkanal" markalı papiros və avtomobilin alt hissəsindəki hər iki ramanın içərisində 16000 ədəd "Heets" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: yenisabah.az