Ağcabədidə avtomobil ağaca çırpılıb, sürücü ölüb

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunun Boyat kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İki güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı

SONRAKI XƏBƏR

Erməni nazir Türkiyə ilə bu məsələdə razılığa gəldi