Şəmkirdə orta yaşlı kişi bıçaqlanıb

Şəmkirdə orta yaşlı kişi bıçaqlanıb

Şəmkir rayonunda yerli sakin bıçaqlanıb.

REAL Report-a istinadla xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlı naməlum kişi (şəxsiyyəti dəqiqləşdirilir -red) mübahisə zəminində bıçaqlanaraq xəsarət alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: www.realtv.az