Bakıda güclü külək ağacı aşırdı - Video

Bakıda güclü külək ağacı aşırdı - Video

Günorta saatlarından etibarən başlayan güclü külək Bakıda fəsad törədib.

“Qafqazinfo” xəbər verir ki, güclü külək paytaxtın İstiqlaliyyət küçəsində ağacı qıraraq aşırıb.

Hadisə nəticəsində xəsarət alanlar haqda məlumat verilmir.

Qeyd edək ki, güclü küləklə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə xəbərdarlıq edib. Sürücülərə avtomobillərini hündür və irigövdəli ağacların altında park etməmələri, ağacların altından keçərkən diqqətli olmaları tövsiyə edilib.

Mənbə: qafqazinfo.az