Albaniyada baş verən zəlzələdə 68 nəfər yüngül xəsarət alıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Albaniyada 5.8 maqnituda gücündə zəlzələ baş verib.

AZƏRTAC Albaniyanın ATA agentliyinə istinadla xəbər verir ki, zəlzələ nəticəsində 68 nəfər yüngül xəsarət alıb.

Albaniyanın Səhiyyə naziri Oqerta Manastirliu Tiranadakı Trauma hospitalında zəlzələ nəticəsində xəsarət alan insanlarla görüşüb. Nazir zəlzələ nəticəsində ciddi xəsarət alanların olmadığını bildirib. O, 68 nəfərin Tirana və Durres şəhərlərindəki xəstəxanalara tibbi yardım üçün müraciət etdiklərini deyib.

Qeyd edək ki, zəlzələnin episentrinin Durres şəhərindən 6 kilometr şimalda, ocağının isə 10 kilometr dərinlikdə olduğu bildirilir. Zəlzələnin bir sıra tikililərə də ziyan vurduğu qeyd edilir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ucarda nar bağı yandı

SONRAKI XƏBƏR

Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasını ifşa edən statusu və video müraciətindən sonra AXCP daxilində ixtilaf baş qaldırıb.