Hərzaman qəribə olayların gerçəkləşdiyi ABŞ-da bu dəfə yenə də ağlasığmaz bir hadisəbaş verib.
Moderator.az xəbər verirki, ABŞ-ın Oklahoma əyalətində 44 yaşlı Tina Springer adlı qadın avtomobil idarəedən zaman öz iti tərəfindən güllələnib. Belə ki, itin silah saxlanılan önqoltuğun üzərinə tullanması silahın tətiklənməsinə səbəb olub. Nəticədə, itinsahibi ayağından güllə yarası alıb. Hadisədən dərhal sonra avtomobildə olan qadının yaxınları təcilitibbi yardıma zəng edərək kömək istəyib.
Hadisə yerinə gələn polisəməkdaşları qadının it tərəfindən güllələndiyini təsdiqləyib. Habelə, polisdepartamenti bildirib ki, ilk dəfədir ki, belə bir olaya şahidlik edirlər.Polis departamenti bu kimi arzuedilməz hallarla qarşılaşmamaq üçün insanlara silahlarıetibarlı yerdə saxlamağı tövsiyyə edib.
Seymur ƏLİYEV
Mənbə: moderator.az