Biləsuvar gömrüyündə ayaqqabıdan yarım kiloqram heroin tapıldı

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonu gömrük məntəqəsində Azərbaycan vətəndaşının üzərində 0,5 kq heroin aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Biləsuvar rayonu qubernatoru Həsən Qubadi deyib.

H.Qubadinin sözlərinə görə, bu şəxs heroini ayaqqabısında yerləşdiribmiş.

Qubernator narkotikin it tərəfindən aşkarlandığını deyib.

Qubadi əlavə edib ki, yayın əvvəllərindən bu it vasitəsi ilə Biləsuvar gömrüyündə bir neçə narkotik maddə aşkarlanıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-ın “dollar ekspansiyasına” qarşı yeni Türkiyə-Rusiya sazişi - Azərbaycanın da qoşulması üçün möhkəm əsaslar var...

SONRAKI XƏBƏR

Terror təşkilatının lideri öldürüldü