Bakıda "Muravey" səkiyə çırpıldı, 32 yaşlı kişi öldü

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Səbail rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü İsmayılov Elvin Ağamehdi oğlu idarə etdiyi "Muravey" markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və Səbail rayonu, M.Qurban küçəsi 2 ünvanındakı səkiyə çırpılıb.

Qəza nəticəsində E.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Oqtay Əsədov Gürcüstanın Baş Naziri ilə görüşüb

SONRAKI XƏBƏR

Rusiyada azərbaycanlıya hökm oxundu