“Balaxananı zibilliyi”ndə üzərinə qapı düşən qadın ölüb

Bakıda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, Sabunçu rayonunda yerləşən "Təmiz şəhər" ASC-nin Balaxanı məişət tullantıları poliqonundan çalışan İnci Cəfərovanın üzərinə qapı düşüb.

Yaralı dərhal Klinik Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Naxçıvan nümayəndəliyinin rəhbəri İsveçrə səfiri ilə görüşüb - FOTO

SONRAKI XƏBƏR

Şabranda qanunsuz ovla məşğul olan şəxsdən tüfəng götürülüb