“Kişi böyüdə bilmirsinizsə, doğmayın” - Məşhurlarımız Leyla üçün ayağa qalxdı

“Kişi böyüdə bilmirsinizsə, doğmayın” - Məşhurlarımız Leyla üçün ayağa qalxdı

Son vaxtlar qadın cinayətlərinin sayının artması cəmiyyətdə olduğu kimi sosial şəbəkələrdə də etiraza səsbəb olub. #leylaüçünsusma həştəqi ilə paylaşım edən şəbəkə istifadəçiləri qadına qarşı şiddəti pisləyiblər

Regionxeberleri.com “Yeni Sabah”-a istinadən xəbər verir ki, onların bu etirazına bəzi şou-biznes nümayəndələri də səssiz qalmayıblar. Onlar da öldürülən, döyülən qadınlarla bağlı etirazlarını dilə gətiriblər.

Əməkdar artist Tünzalə Ağayeva, teleaparıcısı Vüsalə Məmmədova, bəstəkar-müğənni Murad Arif, reper Orxan Zeynallı (Aid) bu həştəqlə paylaşım edib. Təkcə “İnstagram”da 700-ə yaxın dəstək paylaşımı yayımlanıb.

Bəzi şou-biznes nümayəndələrinin, sənətçilərin bu qanlı hadisəyə, qadın cinayətlərinə səssiz qalması da sosial şəbəkə istifadəçiləri tərəfindən qınanıb.

Xatırladaq ki, sözügedən hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb. Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.

Mənbə: www.regionxeberleri.com