Bakıda kafedə qətl törədənlərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elçin Nəcəfov və Xaliq Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Elçin Nəcəfov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələrlə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib.

X.Musatafayev isə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 10-da Biləcəri qəsəbəsi ərazisində "Aşıqlar" kafesinin həyətində naməlum şəxslər Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb. C.Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən paytaxt sakini E.Nəcəfov və Babək rayon sakini, əvvəllər məhkum olunmuş X.Mustafayev saxlanılıblar.

İstintaq orqanı tərəfindən E.Nəcəfov və X.Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

"Star Rafineri" bu il 4,5 mln. ton neft emal edib

SONRAKI XƏBƏR

​Tramp Türkiyənin Suriyaya hücumunu "pis fikir" adlandırdı – ABŞ PREZİDENTİ "MƏNASIZ MÜHARİBƏLƏRƏ” QARŞI OLDUĞUNU BİLDİRDİ