Ermənistan ordusunun hərbi qulluqçusu qəzaya düşdü

Ermənistan ordusunun hərbi qulluqçusu qəzaya düşdü

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Opel” markalı “36 GR 295” markalı avtomobilin sürücüsü İrəvan-Arazdəyən (Yerasx) avtomobil yolunun Məçitli (Nor Kyank) kənd inzibati ərazisində hərəkət zolağından çıxaraq əvvəlcə söyüd ağacına, daha sonra isə “Erməni Mətbəxi” adlanan binanın taxta hasarına çırpılıb.

Hadisə yerinə toplaşanlar bildirib ki, sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir. Sürücü isə yol polislərinə bildirib ki, hadisəyə səbəbkar yük maşını olub.

Polis sürücünün verdiyi məlumatın doğru olub-olmamasını aydınlaşdırır.

Alpər Mövludoğlu

Mənbə: ordu.az