Həmkəndlisini maşınla vurub öldürdü

Balakən rayonunun Qazma kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza oktyabrın 9-da saat 21 radələrində qeydə alınıb.

Kənd sakini Əsəd Vəliyev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə yolu keçən həmkəndlisi Eşqin Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Piketdə təxribat törətmək istədilər - ALINMADI

SONRAKI XƏBƏR

Belarus xarici işlər nazirinin müavini Azərbaycan səfər edəcək