Kiyevdə uşaq bağçasında kütləvi zəhərlənmə baş verib

Kiyevdə uşaq bağçasında kütləvi zəhərlənmə baş verib

Kiyev, 10 oktyabr, AZƏRTAC

Kiyev vilayətinin Basrışevka qəsəbəsində uşaq bağçasında kütləvi zəhərlənmə baş verib. AZƏRTAC Kiyev vilayət Prokurorluğunun saytına istinadla xəbər verir ki, qidadan zəhərlənənlərin sayı 20-yə yaxındır.

Hazırda zəhərlənmənin hansı qidadan baş verdiyini müəyyənləşdirmək üçün araşdırma aparılır. Faktla bağlı cinayət işi açılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: azertag.az