Pakistan-Əfqanıstan sərhədində 5,8 bal zəlzələ oldu

Pakistan-Əfqanıstan sərhədində 5,8 bal zəlzələ oldu

Əfqanıstanın Pakistanla sərhədinin yaxınlığında yerləşən Bədəşxan əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.

Press.az-ın məlumatına görə, bu barədə Pakistanın Seysmik Fəallığın Milli Monitorinq Mərkəzindən bildiriblər.

Məlumata əsasən, yeraltı təkanların ocağı 157 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Mənbə: press.az