Qaxda zəncirvari qəza, 7 maşın toqquşdu - FOTOLAR

Qaxda zəncirvari qəza, 7 maşın toqquşdu - FOTOLAR

Qaxda 7 maşının iştirakı ilə zəncirvari qəza baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Süskənd kənd ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər, 1988-ci il təvəllüdlü Zeynalov Ceyhun xəsarət alıb. O, təcili tibbi yardım maşını ilə Qax rayon mərkəzi xəstəxanasına aparılıb.

Mübariz Muradov

Mənbə: qafqazinfo.az