Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürüb

Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə "Sumqayıt stansiyası" adlanan ərazidə baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Quliyev Ramazan Sabir oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən sürücü ərazini tərk edib.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Depressiya dərmanından süd vəzisi böyüyən məhkəməyə verdi – 8 milyon TƏZMİNAT

SONRAKI XƏBƏR

Britaniya şahzadəsinin xanımı Diananın geyimini təkrarlayıb - VİDEO