Paytaxtda ikimərtəbəli ev yandı

Bakının Nəsimi rayonunda ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, 6 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

News24.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan: Milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur

SONRAKI XƏBƏR

“Maşın”ın çətin gecələri başladı - Öhdəsindən kim gələcək?