Dini təhsil adı altında 67 nəfəri zəncirlədilər

Dini təhsil adı altında 67 nəfəri zəncirlədilər

Nigeriyanın şimal hissəsində 67 nəfər zəncirlənmiş şəkildə tapılıb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, dini təhsil adı ilə 7 və 40 yaş arasında 67 nəfər alçaldıcı rəftara məruz qalıb.

Həbs olunanlar arasında olan 33 yaşlı Laval Ahmad təcavüzə və zorakılığa məruz qaldığını, hətta bəzi məhbusların ölümünün şahidi olduğunu bildirib.

Qeyd edək ki, təxminən iki həftə əvvəl 500 oğlan uşağı və kişilər də başqa bir binada zəncirlənmiş tapılaraq, xilas edilib. Onlar da işgəncə və təcavüzə məruz qalıb.

Mənbə: moderator.az